EN

Azərbaycanlı qolkiper ölkə xaricinə yollana bilər

Son olaraq "Sumqayıt"ın qapısını qorumuş Rəşad Əzizli "kimyaçılar"ın düşərgəsini tərk edib.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, 31 yaşlı qolkiperə müxtəlif klublardan təkliflər var.

Onu həm Premyer Liqa, həm də I Liqa klubları istəyir. Ölkə xaricinə yollanmaq variantı olduğundan, Əzizli qərar verməkdə tələsmir.

Yüksək liqadan "Karvan", Birinci Liqadan isə "Səbail" onu heyətinə qatmaq istəyir. Hazırda gözləmə mövqeyi tutan qolkiper daha cəlbedici təklifi gözdən keçirəcək.

Yaxın vaxtlarda millimizin də qapısını qorumuş qapıçının karyerasına hansı klubda davam edəcəyi dəqiqləşəcək.

İdman.biz

Chosen
1
3
idman.biz

4Sources