AZ

Azərbaycanlı qolkiper ölkə xaricinə yollana bilər Premyer Liqa və Birinci Liqa klubları da onu istəyir

Sportal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son olaraq "Sumqayıt"ın qapısını qorumuş Rəşad Əzizli "kimyaçılar"ın düşərgəsini tərk edib. 

Sportal.az saytına verilən məlumata görə, 31 yaşlı qolkiperə müxtəlif klublardan təkliflər var. 

Onu həm Premyer Liqa, həm də Birinci Liqa klubları istəyir. Ölkə xaricinə yollanmaq variantı olduğundan, Əzizli qərar verməkdə tələsmir.

Yüksək liqadan "Karvan", Birinci Liqadan isə "Səbail" onu heyətinə qatmaq istəyir. Hazırda gözləmə mövqeyi tutan qolkiper daha cəlbedici təklifi gözdən keçirəcək.

Yaxın vaxtlarda millimizin də qapısını qorumuş qapıçının karyerasına hansı klubda davam edəcəyi dəqiqləşəcək.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
3
sportal.az

4Mənbələr