Rusiya Ukraynanın Poltava şəhərinə hücumu nəticəsində 2 nəfər ölüb.
Adalet.az xəbər verir ki, 10 nəfərin isə yaralandığı bildirilir.
***
12:10
Rusiyanın Silahlı Qüvvələrinin (SQ) Ukrayna Poltava şəhərinə hücumları nəticəsində iki nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat verib.
Hadisə yerində müvafiq xidmətlər işləyir.