EN

Ərdoğan sabah Azərbaycana gəlir: Xankəndidə sammit keçiriləcək

Ərdoğan sabah Azərbaycana gəlir: Xankəndidə sammit keçiriləcək

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun ​ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini təsdiqləyib.

AFN.az-ın xəbərinə görə, o, Ərdoğanın İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında iştirak etmək üçün iyulun 4-ü Xankəndi şəhərinə səfər edəcəyini bildirib.

Qeyd edilib ki, sammitdə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilat islahatları müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq.

Türkiyə prezidenti sammitdə çıxış edəcək, liderlərlə görüşlər keçirəcək.

Həmçinin vurğulanıb ki, sammitdə üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Şimali Kipr Türk Cumhuriyyəti də daxil olmaqla müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Chosen
12
8
afn.az

10Sources