AzVision.az xəbər verir ki, fransızların qohumlarına və diplomatik mənbəyə istinad edən “AFP” agentliyinin məlumatına görə,Sesil Kolerin və Jak Parinin İsraillə “rejimi devirmək planı”nda əməkdaşlıq etdikləri və “yerli korrupsiya” həyata keçirdikləri iddia olunur.
Adı çəklməyən diplomat bu ittihamlardan xəbərdar olduqlarını bildirib. Sesil Kolerin bacısı isə deyib ki, İranda həb edilən fransızların üç maddə üzrə ittihamları təsdiqləyən hakim qarşısına çıxarıldığından xəbərləri var.
Xatırladaq ki, Fransa vətəndaşları İranda 2022-ci ilin mayında saxlanılıblar. İranın Kəşfiyyat nazirliyi onları müəllimlərin maaşların artırılması tələbi ilə keçirdiyi etiraz aksiyaları zamanı aranı qızışdırmaqda ittiham edir. Fransa Xarici İşlər nazirliyi bildirib ki, İran məmurları konsulluq əməkdaşları tərəfindən məhbusların ziyarətini məhdudlaşdırır və onların dərhal azad olunmasını tələb edir.
Onlar əvvəllər İranın iyun ayında İsrail tərəfindən vurulan Evin həbsxanasında saxlanılırdılar. İran rəsmiləri həbsxananın bir neçə sahəsinin mərmilərdən zərər gördüyünü bildiriblər. İranın məhkəmə hakimiyyətinin sözçüsü Əsgər Cahangir bildirib ki, İsrailin zərbələri nəticəsində ziyarətçilər, məhbusların yaxınları və əməkdaşlar da daxil olmaqla 79 nəfər öldürülüb.
Sahil İsgəndərov
AzVision.az