EN

AMEA nın prezidenti akademik İsa Həbibbəyli Özbəkistanın bir sıra elm adamları ilə görüşüb

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Özbəkistanın bir sıra elm, təhsil, yazıçı, şair, jurnalist və rəssam heyəti ilə görüşüb.

AMEA-nın Rəyasət Heyətində baş tutan görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev də iştirak edib.

Görüşdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan əlaqələrinin son illərdə Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səyləri nəticəsində strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini, bu gün iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, elm sahəsində də sıx əlaqələrin olduğunu söyləyib.

Akademik İsa Həbibbəyli münasibətlərimizin təməllərində görkəmli özbək şairi Əlişir Nəvainin Nizami Gəncəvini, Məhəmməd Füzulinin isə Əlişir Nəvaini özünün ustadı kimi qəbul etməsinin dayandığını bildirib.

Qarabağ müharibəsi dövründə Özbəkistanın daim Azərbaycanı dəstəklədiyini deyən AMEA rəhbəri qardaş ölkənin Füzulidə Mirzə Uluqbəyin adını daşıyan orta məktəb inşa etdirdiyini, Özbəkistanın Azərbaycandakı səfirliyinin və AMEA rəhbərliyinin iştirakı ilə həmin məktəbdə Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş böyük konfransın keçirildiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli bu gün Azərbaycan Milli Elmlər Akademiyasının başda Özbəkistan Elmlər Akademiyası və Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti olmaqla, bir çox elmi qurumu ilə sıx əlaqələrinin olduğunu diqqətə çatdırıb.

AMEA rəhbəri, həmçinin AMEA-nın Rəyasət Heyətinin binasının tarixi barədə qonaqlara məlumat verib, Birinci Türkoloji Qurultayın 1926-cı ildə Bakıda məhz bu binada baş tutduğunu, gələn il Türk dünyasının elm xadimlərinin iştirakı ilə Qurultayın 100 illiyinin qeyd olunacağını söyləyib.

Sonra çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev qonaqpərvərliyə görə Akademiya rəhbərliyinə minnətdarlığını bildirib, Azərbaycan-Özbəkistan əlaqələrinin bu gün iqtisadi, siyasi, elmi, ədəbi, mədəni və s. sahələrdə ən yüksək səviyyədə olduğunu vurğulayıb. O, AMEA-nın Rəyasət Heyətinin binasında ötən əsrin 90-cı illərinin əvvəllərində iştirak etdiyi tədbirlərlə bağlı xatirələrini də bölüşüb.

Daha sonra Özbəkistan nümayəndə heyətinin rəhbəri tarix üzrə fəlsəfə doktoru Bahrom İrzayev, Özbəkistan Elmlər Akademiyasının Əbu-Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, tarixçi, mənbəşünas Abdussattor Jumanazar və Özbəkistanın “Til va adabiyot talimi” jurnalının baş redaktoru Farrux Jabborov çıxış edərək Azərbaycan-Özbəkistan qardaşlığının öz növbəsində bütün Türk dünyasının birliyinin möhkəmlənməsində mühüm rol oynadığını söyləyib, apardıqları araşdırmalar barədə məlumat veriblər.

Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
3
xalqqazeti.az

4Sources