EN

Sankt Peterburqda müdafiə müəssisəsinin əməkdaşına qarşı terror aktının qarşısı alınıb

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sankt-Peterburqda Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə müdafiə müəssisəsinin əməkdaşına qarşı terror aktı hazırlayan 23 yaşlı rusiyalı qadın saxlanılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, o, 2024-cü ilin iyun ayında “Telegram” və “WhatsApp” messencerləri vasitəsilə Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi ilə əlaqə quraraq Rusiya Federasiyasını tərk etmək və Avropa İttifaqı ölkələrindən birində vətəndaşlıq almaq üçün yardım müqabilində təxribat və terror fəaliyyətlərində iştirak etməyə hazır olduğunu bildirib.

Kuratorunun göstərişi ilə o, Moskva vilayətində ictimai yerlərdə ukraynayönlü şüarlar yazıb və dəmir yolu infrastrukturu obyektini yandırmağa cəhd edib. Daha sonra, bu ilin aprel ayında o, Sankt-Peterburqa gedib və orada müdafiə müəssisələrindən birinin əməkdaşının avtomobilini partlatmaq məqsədi ilə müşahidə aparıb. Avtomobilin altına əldəqayırma partlayıcı qurğu yerləşdirən zaman o, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən saxlanılıb.

Dindirilmə zamanı şübhəli şəxs bildirib ki, ona sadəcə olaraq göstərilən avtomobili izləmək və onun altına “bir növ cihaz” qoymaq tapşırılıb.

Saxlanılan şəxs barəsində terror aktına cəhd maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
42
apa.az

10Sources