Azərbaycanda səfərdə olan Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan milli komandasının Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatında qalib olması mün dövlət başçısı İlham Əliyevi təbrik edib.
İdmanxeber.az xəbər verir ki, rəsmi qonaq Azərbaycan prezidentinə təbriklərini ikitərəfli görüşdə çatdırıb:
“İlham Heydər oğlu, mən də sizi təbrik etmək istəyirəm: minifutbol üzrə Azərbaycan milli komandası dünya çempionudur. Biz gördük və həqiqətən də sevindik ki, böyük futbola cəmi bir addım qalıb”.
Xatırladaq ki, minifutbol üzrə Azərbaycan milli komandası mayın 31-də tarixində ilk dəfə dünya çempionu adını qazanıb.