ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
İsveçin paytaxtı üzərində alovlu kürə uçub, sonra Baltik dənizi üzərində partlayıb.
"Report"un məlumatına görə, bu barədə yerli "Sweden Herald" qəzeti yazıb.
Qeyri-adi hadisə Stokholmun şimal hissəsində müşahidə edilib. Sonra alovlu kürə İsveçin hava məkanını tərk edərək Finlandiyaya aid olan Aland adalarının üzərinə düşüb. Tezliklə orada güclü partlayış səsi eşidilib.
Uppsal Universitetindən astronomu Erik Stempelsin sözlərinə görə, alovlu kürə çox güman ki, bolid - təxminən 30 kilometr yüksəklikdə atmosferdə parlaq şəkildə parlayan meteor olub.
Alim qeyd edib ki, belə parlaq bolidi beş ildə təxminən bir dəfə görmək olar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.