AZ

İsveçin paytaxtı üzərində alov şarı uçub

İsveçin paytaxtı üzərində alov şarı uçub, sonra Baltik dənizi üzərində partlayıb.

"Report"un məlumatına görə, bu barədə yerli "Sweden Herald" qəzeti yazıb.

Qeyri-adi hadisə Stokholmun şimal hissəsində müşahidə edilib. Sonra alov şarı İsveçin hava məkanını tərk edərək Finlandiyaya aid olan Aland adalarının üzərinə düşüb. Tezliklə orada güclü partlayış səsi eşidilib.

Uppsal Universitetindən astronomu Erik Stempelsin sözlərinə görə, alov şarı çox güman ki, bolid - təxminən 30 kilometr yüksəklikdə atmosferdə parlaq şəkildə parlayan meteor olub.

Alim qeyd edib ki, belə parlaq bolidi beş ildə təxminən bir dəfə görmək olar.

Seçilən
4
8
report.az

10Mənbələr