EN

Di Mariya Avropadan ayrılması barədə təsirli paylaşım etdi

“Evə qayıtmağın vaxtı gəldi. Avropadakı karyeram başa çatdı”.

Teleqraf xəbər verir ki, bunu argentinalı məşhur futbolçu Anxel Di Mariya Avropa futbolunu tərk etməsi ilə bağlı təsirli paylaşımında bildirib.

37 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında yazıb: “Mən uzun illər müxtəlif klublarda oynadım və unudulmaz təəssüratlarla ayrılıram. Avropada keçirdiyim 18 il ərzində təkcə gözəl şəhərlərdə deyil, həm də nəhəng klublarda böyük insanlarla yaşamaqdan həzz aldım. Həmişə xatırlayacaq dostlar qazandım. Oynadığım bütün klublara minnətdaram. Qapılarınızı mənə açdığınız üçün sizə təşəkkür edirəm”.

Qeyd edək ki, Di Mariya Avropada “Benfika”, “Real Madrid”, “Mançester Yunayted”, PSJ və “Yuventus”da çıxış edib. O, karyerasını Argentinada “Rozario Sentral” klubunda davam etdirəcək.

Chosen
10
teleqraf.com

1Sources