EN

İndoneziyada bərə batıb: 61 nəfər itkindir

Pekin, 3 iyul, AZƏRTAC

İndoneziyanın Bali adası yaxınlığında sərnişin bərəsi batıb.

AZƏRTAC İndoneziya mediasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla iyulun 2-də gecə saat 23:20-də İndoneziyanın Yava və Bali adaları arasındakı Bali boğazında baş verib. Axtarış-xilasetmə agentliyinin açıqlamasında deyilir ki, bərədə 53 sərnişin və 12 nəfər heyət üzvü, habelə 22 nəqliyyat vasitəsi olub. Xilasedicilər 4 nəfəri sudan sağ çıxarıblar.

Hazırda digərlərinin axtarışları davam edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
21
7
azertag.az

9Sources