Bakı. Trend:
İndoneziyanın Bali adası yaxınlığında sərnişin bərəsi batıb.
Trend xəbər verir ki, hadisəyerli vaxtla iyulun 2-də gecə saat 23:20-də İndoneziyanın Yava vəBali adaları arasındakı Bali boğazında baş verib. Axtarış-xilasetməagentliyinin açıqlamasında deyilir ki, bərədə 53 sərnişin və 12nəfər heyət üzvü, habelə 22 nəqliyyat vasitəsi olub. Xilasedicilər4 nəfəri sudan sağ çıxarıblar.
Hazırda digərlərinin axtarışları davam edir.