ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıdışından sonra ilk dəfə 9-11 iyul tarixlərində Vaşinqtonda Afrika ölkələri liderlərinin iştirakı ilə sammit keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə “Semafor” məlumat yayıb.
Amerika paytaxtına Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri gələcək.
Sammitdə Qərbi Afrika ölkələri ilə mineral ehtiyatlar sahəsində əməkdaşlıq, həmçinin regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi planlaşdırılır.
Bundan əlavə, payızda Nyu-Yorkda daha geniş ABŞ-Afrika sammitinin keçirilməsi planlaşdırılır.