EN

Binanın girişində park edilən avtomobilə od vurub yandırdı; cinayət işi açıldı VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaşayış binasının girişində dayanmış avtomobili yandıran şəxsə cinayət işi açılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Saratov şəhərində baş verən hadisənin görüntüləri bir binanın təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Belə ki, səhər saatlarında Luqovaya küçəsində yerli sakin olan şəxs içkili vəziyyətdə binanın girişində park edilmiş 37 yaşlı qadın sürücüyə məxsus “Nissan Qashqai” markalı avtomobilin əvvəlcə ön sol şüşəsini daşla sındırıb və daha sonra salona yanar maye tökərək od vurub. Yanğın nəticəsində avtomobilin salonu yanıb.

Yerli KİV-in məlumatına görə, ilkin ziyan 850 min rubl (18338 manat) məbləğində dəyərləndirilib. Nəticədə 51 yaşlı kişi polis tərəfindən saxlanılıb. Onun barəsində protokol tərtib edilib,  həmçinin özgənin əmlakına qəsdən zərər vurma maddəsi ilə cinayət işi açılıb.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
50
avtosfer.az

10Sources