İtaliyanın "Kremoneze" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, A Seriyasına yüksələn kollektivi Davide Nikola çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Davide Nikolanın son iş yeri "Kalyari" olub. 52 yaşlı məşqçi ötən ay vəzifəsindən ayrılıb.
saytlarin hazirlanmasi