EN

Azərbaycan və Almaniya arasında məsləhətləşmələr aparıldı

Azərbaycan və Almaniya Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev X hesabında yazıb. "Bu gün Berlində Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında məhsuldar siyasi məsləhətləşmələr keçirilib. Azərbaycan nümayəndə heyətini xarici işlər nazirinin müavini Fariz Rzayev, Almaniya tərəfini isə nazirliyin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Konrad H.Arz von Straussenburq təmsil edib", - N.Ağayev qeyd edib.
Chosen
29
32
buta.tv

10Sources