EN

“Kibritçi Cevat” vəfat etdi


“Kurtlar Vadisi” serialında Cevat Akarsu (Kibritçi Cevat) obrazı ilə tanınan usta aktyor Şekip Taşpınar vəfat edib.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə onun meneceri Temmuz Karıkutal sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, Taşpınar səhər saatlarında dünyasını dəyişib.
“Dəyərli aktyor Şekip Taşpınarı bu səhər itirdiyimizə görə çox məyusam. İllər boyu çox şey bölüşdük. Rahat yat, qardaş... Rahat yat”, -  Karıkutal bildirib.
Chosen
43
50
yeniavaz.com

10Sources