AZ

"The X-Files" serialının musiqisinin bəstəkarı vəfat etdi

"The X-Files" serialının musiqisinin bəstəkarı vəfat etdi"The X-Files", "Ghost Whisperer" və "Blue Bloods" seriallarının musiqisinin bəstəkarı Mark Snou 78 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bəstəkar cümə günü, iyulun 4-də Konnektikutdakı evində vəfat edib.

Snou 15 dəfə "Emmi" mükafatına namizəd olub. 15 nominasiyadan altısında "The X-Files" serialına görə namizədliyi irəli sürülüb. Serialın melodiyası 1996-cı ildə İngiltərə, İrlandiya, Fransa və bütün Avropada ilk 10-luğa daxil olub.

Ümumilikdə Snou "The X-Files" serialının 200-dən çox epizoduna musiqi yazıb. Serial 1993-cü ildən 2018-ci ilə qədər yayımlanıb, 11 mövsüm və 218 seriyadan ibarətdir.

Seçilən
9
4
big.az

10Mənbələr