EN

ABŞ İrana hücuma hazırlaşır: Pentaqondan açıqlama

Tribuna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

12 günlük İran-İsrail müharibəsindən sonra atəşkəsin elan edilməsi problemin çözülmədiyini göstərir.

Tribunainfo.az xəbər verir ki, yaxın zamanlarda hərbi əməliyyatların yenidən bərpa olunacağına dair xeyli məlumatlar yayılıb.

Belə ki, son bir həftədə Qərb ölkələrindən İsrailə ard-arda 40 hərbi yük təyyarəsinin daxil olduğunu məlum olub. “Flight Radar” sisteminin yaydığı xəbərdən belə aydın olur ki, həmin təyyarələr ABŞ, İngiltərə, Fransa və Almaniyadan uçublar.

Bəzi məlumatlara görə, bu təyyarələr vasitəsi ilə İsrailə 831 ton ağırlığında silah və sursta daşınıb. Bəzi ekspertlər bunu Israilin İrana qarşı yenidən müharibəyə hazırlıq görməsi kimi təqdim edir.

Dünən isə daha maraqlı bir hal yaşanıb. ABŞ-ın hərbi komandanlığı olan Pentaqona bağlı sosial şəbəkə hesabında İranla müharibənin yenidən start götürəcəyi barədə xəbərdarlıq mesajı yayılıb. “ABŞ-nin İslam Respublikasına ikinci hava hücumu qaçılmazdır. İrandakı bütün ABŞ vətəndaşları İranı dərhal tərk etməlidir!”

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
50
tribunainfo.az

10Sources