EN

Moskva Ermənistanı müharibə ilə hədələyir

AzVision.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov belə deyib.

“Ermənistanın bütün addımları Ukraynanın artıq keçdiyi yolu tam olaraq xatırladır: kanonik kilsəyə qarşı mübarizə, müxalifətin məğlubiyyəti, indi isə Rusiya telekanallarına qadağa qoyulması”,- deputat yerli mediaya açıqlamasında bildirib.

Rusiyalı parlamentari İrəvanın Kreml təbliğatından yaxa qurtarmaq istəyini “informasiya vakuumu yaratmaq” və əhalini “zombiləşdirmək” niyyəti ilə izah edib. Onun fikrincə, Ermənistan hakimiyyəti baş nazir Nikol Paşinyanın“çoxdan hamını məğlub etdiyi uydurma reallığı” yayımlamaq üçün Ukraynadakına bənzər “vahid erməni telemarafonunun” başlanmasına zəmin hazırlayır.

- Erməni xalqının hələ də eyni dırmığa ayaq basmamaq və indiki hakimiyyətin Ermənistanı hara apardığını düşünmək imkanı var. Şübhəsiz ki, bu addım xalqın rifahı və firavanlığı üçün deyil”, - Aleksey Juravlyov deyib.

Ermənistan Rusiya telekanallarını bağlaya bilər| VİDEO
Rusiyanın Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin, öz növbəsində. bəyan edib ki, Ermənistanda “kimsə” “ermənilərlə ruslar arasında düşmənçiliyi qızışdırmaq” məqsədi ilə “uzun sürəcək oyuna başlayır”, Kreml yönümlü kanalları qadağan etməklə hədələyir. Senator bu hərəkətlərdə Qərbin kəşfiyyat orqanlarının əli olduğunu düşünür.

“Ermənistanda ictimai rəy ehtiyatlı olmalıdır və hadisələrin faciəvi inkişafının qarşısını almaq üçün, o cümlədən siyasətçilər bütün lazımi tədbirləri görülməlidir”,- Karasin xəbərdarlıq edib.

Rusiya Xarici İşlər nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Dmitri Masyuk da İrəvanın Ermənistan ərazisində“asayişi və sülhü qorumaq”üçün Moskva ilə dostluq münasibətlərini saxlamalı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Rusiya “respublikanın yaşadığı siyasi təlatüm dövrünü” Ermənistanın daxili işi hesab edir, lakin Kreml üçün “Cənubi Qafqazın açıq geosiyasi qarşıdurma meydanına çevrilməsinin qarşısını almaq vacibdir”.

- Moskva regionun bütün ölkələri ilə dostluq, mehriban qonşuluq, ənənəvi mənəvi-əxlaqi dəyərlər və ortaq tarixi keçmiş prinsipləri əsasında bərabər münasibətlər inkişaf etdirməyi hədəfləyir”,- rusiyalı diplomat bildirib.

Xatırladaq ki, iyulun 1-də Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə teleməkanında Rusiya telekanallarının yayımının dayandırılması məsələsinə ciddi baxılmasının vacib olduğunu söyləyib.

Sahil İsgəndərov
AzVision.az
Chosen
11
41
azvision.az

10Sources