EN

Bakıda havanın gün ərzində bir neçə dəfə dəyişməsi kimlərə pis təsir edir?

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son bir neçə ildir ki, ölkədə gün ərzində fərqli hava temperaturu müşahidə edilir. Səhər saatlarında başqa, günorta və axşam saatlarında isə havanın temperaturu tamam fərqli olur. Bu hava dəyişikliyi insan sağlamlığına ciddi təsirlər göstərə bilir. Çünki temperaturun tez-tez dəyişməsi orqanizmdə müəyyən narahatlıqlar yaradır. Bəs bu narahatlıqlar hansılardır? Bu cür hava daha çox kimlərə və hansı yaş qrupundan oaln insanlara mənfi təsir edir?

Bütün bu suallara cavab tapmaq üçün ekspertə müraciət etdik. 

Qida üzrə ekspert Asim Vəliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, temperatur gün ərzində kəskin şəkildə dəyişəndə orqanizm virus və infeksiyalara qarşı daha həssas olur.

"İnsan orqanizmi ətraf mühitdəki dəyişikliklərə uyğunlaşmağa çalışır. Lakin gün ərzində temperatur 7-10 dərəcə və ya daha çox dəyişərsə, bu zaman orqanizmin adaptasiya mexanizmləri zəifləyir. Belə olduqda qan dövranında pozğunluq baş verir. İsti havada damarlar genişlənir, soyuqda isə daralır. Bu tez-tez təkrarlananda ürək və damar sistemi zəifləyir. Həmçinin immunitet sistemi zəifləyir, orqanizm virus və infeksiyalara qarşı daha həssas olur. Bu hal sinir sisteminə də təsir edir. Baş ağrısı, yorğunluq, əsəbilik və yuxusuzluq kimi hallar artır. Belə vəziyyət davamlı olarsa, tənəffüs yolları zədələnə bilər. Xüsusilə allergiyası və ya astması olan insanlar üçün bu daha ciddi fəsadlar yarada bilər".

Ekspert onu da bildirib ki, bu cür hava dəyişikliyi daha çox 65 yaşdan yuxarı yaşlı insanlara təsir edir. Onların damar sistemi zəif olduğundan temperatur dəyişikliklərinə tez reaksiya verirlər. Uşaqlarda isə bu vəziyyətə tamam həssasdırlar. Çünki onların orqanizmində istini tənzimləmə sistemi tam formalaşmayıb. 

Asim Vəliyev xroniki xəstəliyi olan insanların risk qrupuna daxil olduğunu vurğulayıb:

"Bu cür insanlar üçün temperatur dəyişiklikləri ciddi risk daşıyır. Onlarda qan təzyiqi oynaya bilər. Həmçinin şəkər səviyyəsi dəyişə, nəfəs alma çətinləşə də bilər. O səbəbdən süsusən isti havalarda çoxlu su içmək qan dövranını tənzimləyir".

Ekspert qidalanarkən vitaminlərlə zəngin, təbii və yüngül yeməklər seçilməli olduğunu məsləhət görüb:

"C vitamini tərkibli meyvələr yeyərək immuniteti gücləndirmək olar. Kalium və maqnezium tərkibli meyvələr isə ürək ritmini qoruyur. Omega-3 yağ turşuları zəngin qidalar qəbul edərək damarların elastikliyinə faydalı ola bilərik. Hər zaman olduğu kimi qəhvə və qazlı içkilərdən uzaq durmaq lazımdır. Çünki bu içkilər orqanizmin suya olan ehtiyacını qarşılamır və orqanizmin su balansını pozur. Duzlu və yağlı qidaların qəbulu azaldılmalıdır".

Azərbaycanda olduğu kimi xarici ölkələrdə də eyni vəziyyət höküm sürür. Dünyanın bəzi şəhərləri var ki, hava gün ərzində kəskin temperatur dəyişikliyinə məruz qalır. 

Belə şəhərlərdən biri ABŞ-nin Denver şəhəridir. Burada temperatur bir neçə saat ərzində 15-20°C fərqlə dəyişə bilər. Qışda günəşli hava bir neçə saat içində qara çevrilə bilər.

Qırğızıstanın paytaxtı Bişkek də eyni vəziyyətdədir. Qışda və yayda gündəlik 20°C fərqlər ola bilər.

Kanadanın Prairi şəhərində gün ərzində temperatur sıfırdan +15°C-yə qalxa bilər.

İranın paytaxtı Tehran da dağlar və düzənliklər arasında yerləşdiyi üçün qısa müddətdə hava dəyişə bilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
46
baku.ws

10Sources