
Çin elektrik şəbəkələrini vura bilən yeni qeyri-adi silah yaradıb.
Yeniavaz.com “The South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, yeni silah elektrik stansiyalarını və elektrik xətlərini sıradan çıxara və mövcud ərazidə tam işıqsızlığa səbəb ola bilir.
Məlumata görə, silah yerüstü qurğulardan atılır və 90 silindrik sursat buraxır.
Bu sursatlar zərbə zamanı havada partlayır və yüksək gərginlikli elektrik infrastrukturlarında qısaqapanma yaratmaq üçün karbon filamentləri yayır.
Nəşr Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasına istinadla bildirir ki, yeni silah ən azı 10 min kvadratmetr sahədə düşmən sistemlərini vura bilir.