EN

ABŞ-ın 20 ştatı Tramp administrasiyasını məhkəməyə verib

Bakı, 2 iyul, AZƏRTAC

Kaliforniya başda olmaqla, ABŞ-ın 20 ştatı Prezident Donald Trampın administrasiyasını məhkəməyə verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Kaliforniya ştatının baş prokuroru Rob Bontanın mətbuat xidməti məlumat yayıb.

“Baş prokuror çoxheyətli koalisiyaya rəhbərlik edərək Səhiyyə Nazirliyinin ICE miqrasiya xidməti də daxil olmaqla, Daxili Təhlükəsizlik Nazirliyinə şəxsi tibbi məlumatlara məhdudiyyətsiz giriş imkanının verilməsi barədə qərarına qarşı vəsatət qaldırıb”, – deyə press-relizdə bildirilir.

Bəyanatda deyilir ki, məlumatların kütləvi şəkildə ötürülməsi ABŞ-ın məxfilik qanunlarını pozur və insanları mütəxəssislərdən təcili yardım istəməkdən çəkindirə bilər.

Kaliforniya ştat bundan əvvəl də iğtişaşları yatırmaq üçün Los-Ancelesə Milli Qvardiyanın yerləşdirilməsi qərarına görə Donald Tramp administrasiyasını məhkəməyə vermişdi.

Chosen
15
50
azertag.az

10Sources