BAKI, TurkicWorld
Qəzzalılar aclıqdan küçələrdə huşunu itirir .
TurkicWorld xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağında humanitar böhranın kritik həddə çatdığını açıqlayıb.
İsrailin humanitar yardımı bloklaması səbəbindən aclıq və yoxsulluğun artdığı, insanların küçələrdə aclıqdan huşunu itirdiyi bildirilib.
UNRWA-nın sosial media hesabından verilən bəyanatda, İsrailin 2023-cü ilin oktyabrından etibarən Qəzzada soyqırım siyasətini davam etdirdiyi və martın 2-dən humanitar yardımı tamamilə əngəllədiyi vurğulanıb. Bu durumun fələstinlilər arasında aclığın sürətlə dərinləşməsinə səbəb olduğu qeyd olunub.
Agentlik, ABŞ və İsrailin rəhbərlik etdiyi “Qəzzəyə Humanitar Yardım Fondu”nun yardımlarının effektiv olmadığını, bu sistemin fələstinlilərin həyatını riskə atdığını bildirib və “Heç kim həyatını riskə atmaqla ailəsini qidalandırmaq arasında seçim etməməlidir” deyib.
UNRWA çağırış edib: “Bizim sistemimiz, təcrübəmiz və iradəmiz var. Sadəcə blokadanı qaldırın, gəlin işimizi görək”.
Mayın 27-dən bəri İsrail Qəzzaya daxil olan bütün quru sərhəd keçidlərini bağlayıb, yardım daşıyan yüzlərlə yük maşınının keçməsi qarşısını alır. Kerem Əbu Səlim sərhədindən isə məhdud sayda avtomobilə icazə verilir. Hər gün ən azı 500 yardım maşınının Qəzzaya daxil olması zəruridir.
7 oktyabrdan bəri davam edən İsrailin hücumları, intensiv bombardmanlar və blokada nəticəsində Qəzzada ağır humanitar fəlakət yaşanır. Beynəlxalq ictimaiyyətin və BMT-nin atəşkəs çağırışlarına baxmayaraq, vəziyyət pisləşməkdədir.