EN

Çin vətəndaşlarına müraciət edib: "İrana səyahət etmək son dərəcə təhlükəlidir"

Çinin Tehrandakı səfirliyi öz vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb.
 
"Azad İran" "Telegram" kanalı məlumat verir ki, bununla bağlı səfirlik bəyanat yayıb.
 
"İsrail və İran bu yaxınlarda atəşkəs razılaşması əldə ediblər, lakin regionda vəziyyət olduqca qeyri-müəyyəndir və İranda təhlükəsizlik vəziyyəti ciddi və mürəkkəb olaraq qalır", - deyə Çin səfirliyinin məlumatında qeyd olunur.
 
Habelə vurğulanıb ki, Çin vətəndaşları İrana səyahət etməkdə israr etsələr, onlar son dərəcə yüksək təhlükəsizlik riskləri ilə üzləşə bilərlər.

 

Chosen
18
40
moderator.az

10Sources