EN

Zabit Səmədovun oğlunun telefonu oğurlandı

Tanınmış idmançı, veteran kikboksçu Zabit Səmədovun oğlunun mobil telefonu oğurlanıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə “Sea Breeze” istirahət mərkəzində yerləşən “Bravo” marketdə baş verib.

Zabit Səmədovun oğlu Mübariz babası ilə birlikdə marketə alış-verişə gedib. Mübariz soyuduculardan birindən su götürən zaman əlində olan mobil telefonu soyuducunun vitrininə qoyub. Daha sonra telefonu unudaraq marketdən çıxıblar. Telefonu itirdiyini başa düşən Mübariz babası ilə geri qayıdanda telefonu qoyduğu yerdə tapa bilməyib.

Kameralara baxış keçirilən zaman telefonu marketə müştəri kimi gələn şəxsin götürdüyü məlum olub.

Polis əməkdaşları həmin şəxsin 45 yaşlı Zaur olduğunu müəyyən ediblər. Saxlanılan Zaur oğurladığı “iPhone 13” markalı telefonu polis əməkdaşlarına təhvil verib. Zaur məsuliyyətə cəlb edilib.

İlkin Muradov
Musavat.com

Chosen
5
7
musavat.com

9Sources