EN

"Neftçi" “Araz-Naxçıvan”ın futbolçusunu transfer etdi: Bir şərtlə

“Neftçi” növbəti transferini reallaşdırıb.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Ağ-qaralar” “Araz-Naxçıvan”ın müdafiəçisi İqor Ribeyro ilə müqavilə bağlayıb. Braziliyalı futbolçu ilə anlaşmanın müddəti 2 ildir.

28 yaşlı oyunçu ilə müqavilə avqustun 1-də qüvvəyə minəcək. Buna səbəb “Araz-Naxçıvan” klubu ilə anlaşmadır. Razılaşmaya əsasən, Ribeyro bu komandanın UEFA Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra “Neftçi”yə qoşulacaq.

Qeyd edək ki, Bakı təmsilçisi yay transfer pəncərəsində Sessi D’Almeyda, Luis Ortis, Elvin Bədəlov və Murad Xaçayevi heyətinə qatıb.

Chosen
11
23
publika.az

10Sources