EN

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Aleksey Kuznetsov qadının əlindən tutaraq onu küçə boyu sürükləyib, xəsarət yetirib.

Milli.Az xəbər verir ki, Telli adlı xanım başına gələnləri AzTV-yə danışıb.

O bildirib ki, həmin şəxslər restoranın vaxtından öncə açılmasını istəyib, işi ilə bağlı olmayan təxribatçı suallar verib.

"Mən onlara vəziyyəti izah etdim. Heç cür kömək edə bilməyəcəyimi söylədim", - deyə qadın bildirib.

Milli.Az

Chosen
24
15
milli.az

10Sources