EN

Laçında "Şəhərsalmanın İnkişafında Qadınların Rolu" mövzusunda panel sessiya keçirilib

Laçın. Trend:

Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) QadınlarForumu çərçivəsində "Şəhərsalmanın İnkişafında Qadınların Rolu"mövzusunda panel sessiya keçirilib.

Trend-in Laçınaezam olunmuş əməkdaşı xəbər verir ki, Xarici İşlar Nazirliyininİqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədovun moderatorluğuilə keçirilən paneldə "Qadınların liderliyi davamlı şəhərsalmaplanlamasını necə istiqamətləndirə bilər?", "Sağlam və iqlimədavamlı şəhərlərin qurulmasında qadınların rolu nədir?" kimimövzularda müzakirə aparılıb.

Müzakirələrdə Pakistanın Qadınların Statusu üzrə MilliKomissiyasının (NCSW) sədri Ume Laila Azhar, Tacikistan Qadın vəAilə Məsələləri Komitəsinin sədr müavini Çamanoro Odinazoda,Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatrəhbərinin müavini Gülşən Rzayeva, Türkmənistan Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdirmüavini Maral Yayliyeva, BMT-nin Ərzaq və Kənd TəsərrüfatıTəşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nəsar Hayat vəÜmumdünya Səhiyyə Təşkilatının (UST) Azərbaycan üzrə nümayəndəsiHande Harmancı iştirak ediblər.

Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisiElmar Məmmədov çıxışında şəhərsalmanın inkişafı fonunda İqtisadiƏməkdaşlıq Təşkilatı (ECO) tərəfindən yeni platformanınyaradılmasının mümkünlüyünü dilə gətirib. O qeyd edib ki, bununlabağlı qərb regionunda bir sıra digər formatlar da var:
"Şəhərsalmanın inkişafında qadınların rolu, mövzusu çox vacibdir.Ötən il COP29 tədbiri çərçivəsində bu mövzuda Azərbaycan mühümtəşəbbüslə çıxış etdi. Məsələ çoxsektorlu bir fəaliyyət planındaəksini tapdı. 200-ə yaxın tərəf bu bəyanatı təsdiq etdi. 54 ölkə bubəyanata qoşuldu. O cümlədən 100 şəhəri əhatə edən bir bəyanathazırlandı".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərininmüavini Gülşən Rzayeva bildirib ki, 2040-ci ilə qədər dünyaəhalisinin 70 faizi şəhərlərdə yaşayacaq: "Buna görə də yeniçağırışlara cavab verməliyik. Azərbaycan digər sektorlarda olduğukimi, şəhərsalma sahəsində də fəal işlər görür. Qadınların inkişafısözügedən sahədə yüksəkdir. Əsas məsələ odur ki, biz sualetməliyik, şəhərlər yeni çağırışları qarşılaya biləcəkmi?

Həmçinin qeyd etmək lazımdır ki, şəhərdə xidmətlərə çıxışbaxımından kişilər və qadınlar arasında fərq olur. Qadınlarınxidmətlərə çıxışı bizim və beynəlxalq təşkilatlarındiqqətindədir".

G.Rzayeva bildirib ki, işğaldan azad olunmuş ərazilər də daxilolmaqla şəhərlərin inklüzivliyinin yüksək olmasına səy göstərilir:"İctimai yerlərdə yaşıl mühitin yaradılması da vacibdir. Azərbaycanhökuməti işğaldan azad olmuş 8 şəhərin baş planını hazırlayıb.İnklüzivlik vacib meyar kimi götürülüb".

O həmçinin qeyd edib ki, şəhərsalmada qadınların rolundaAzərbaycan milli səviyyədə işlər görür: "Biz beynəlxalq ekspertlərtəcrübəsini ölkə səviyyəsinə gətiririk. 2022-ci ildən etibarənMilli Şəhərsalma Forumu keçiririk. Okytabrda Milli ŞəhərsalmaForumunu keçirəcəyik. Çalışacağıq ki, onların şəhərsalma prosesindərolunu artıraq. Qadağada yenidənqurma işləri gedir. İctimai dinləmətəşkil edirik. Həmçinin onu da əlavə edim ki, növbəti ilin 17-26mayında Dünya Şəhərsalma Forumuna ölkəmizdə Bakıda keçiriləcək.Qadınlar nəinki güclü ailə və icmaları, onlar həmçininşəhərlərimizi dayanıqlı və sağlam etməlidir".

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)Azərbaycandakı nümayəndəsi Nəsar Hayat isə qeyd edib ki, dünyaəhalisinin 56%-i şəhər zonalarında yaşayır: "Lakin onların çoxböyük bir hissəsi istehlakçıdır. Ona görə də atmosferə karbonatıqlarının azaldılmasında məhz həmin istehlakçılar böyük roloynaya bilərlər.

Biz dayanıqlı şəhərlər haqqında danışırıqsa, mütləq olaraq kəndtəsərrüfatının inkişafını nəzərdən keçirməliyik".

N.Hayat qeyd edib ki, FAO “Yaşıl şəhərlər” təşəbbüsünü 2020-ciildə irəli sürüb:
"Hazırda dünyanın 100-ə yaxın şəhərində həmin təşəbbüs həyatakeçirilir və 2030-cu ilə qədər istərdik ki, dünyanın ən azı 1000şəhərində bu təşəbbüs reallaşsın".

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsiHande Harmancı isə qadınların iqlim dəyişikliklərinə daha çoxəziyyət çəkdiyini qeyd edib. O bildirib ki, qadınların bu sahədəaktivliyinə sərmayə yatırılmalıdır: "Onlar şəhərlərinidarəçiliyində təmsil olunmalıdırlar. Həmçinin qadınların səsidinlənilməli və hörmətlə yanaşılmalıdır. Ümid edirəm ki, AzərbaycanSağlam Şəhərlər Təşəbbüsünə qoşulacaq. Xüsusən Qarabağda bu barədətəcrübəmizi böyüməyə hazırıq. Elə şəhər qurmalıyıq ki, onlartəhlükəsiz olsun".

Tədbirin moderatoru, Xarici İşlər Nazirliyin İqtisadi Əməkdaşlıqİdarəsinin rəisi Elmar Məmmədov isə Hande Harmancıya cavabındadeyib ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatı ilə sözügedənistiqamətdə danışıqlar aparılır.

Panel sessiya müzakirə və sual-cavablar davam edib.

Xəbər yenilənəcək

Məqalədə:
Chosen
35
6
az.trend.az

4Sources