EN

Yəməndən atılan raketlərə görə İsraildə həyəcan siqnalları səslənib

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Yəməndə fəaliyyət göstərən husi qruplaşması tərəfindən atılan raket nəticəsində İsrailin bir sıra bölgələrində hava hücumu ilə bağlı həyəcan siqnalları səslənib.

Bakıvaxtı.az xəbər verir ki, İsrail Ordusunun açıqlamasına görə, siqnallar təhlükəsizlik protokollarına uyğun şəkildə işə salınıb. Bildirilir ki, husilər tərəfindən atılan raket İsrail Hərbi Hava Qüvvələri tərəfindən havada zərərsizləşdirilib.

İsrailin fövqəladə hallar xidməti hadisə nəticəsində xəsarət alanlarla bağlı hər hansı məlumat daxil olmadığını bildirib.

Yerli "Kanal 12"-nin məlumatına görə, baş verənlər səbəbindən Təl-Əvivdəki Ben Qurion hava limanında uçuşlar qısa müddətlik dayandırılsa da, sonradan yenidən bərpa edilib.

Qeyd edək ki, İsrailin Qəzzada atəşkəsi pozaraq hücumlarını intensivləşdirməsindən sonra husilər ölkəyə qarşı 50-dən çox raket və pilotsuz uçuş aparatı ilə hücum təşkil edib.

Yəməndən atılan son raket iyunun 28-də səhər saatlarında qeydə alınıb.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
bakivaxti.az

1Sources