EN

Azər Qasımlının cinayət işi məhkəməyə verildi

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

XəzərNews.azAPA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Baxış iclası iyulun 16-na təyin edilib.

Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.

Xəbər 4 dəfə oxunub.
Chosen
10
23
xezernews.az

10Sources