EN

ABŞ də Google şirkətinə qarşı iddia qaldırılıb

Azpost saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin Kaliforniya ştatındakı münsiflər heyəti istifadəçilərin xəbəri olmadan Android əsasında olan cihazların mobil məlumatlarından istifadə edilməsi barədə birgə iddia sənədi ilə bağlı “Google” şirkətinə 314 milyon dollar ödəməyə qərar verib.

Bu barədə “Bloomberg” agentliyi xəbər verib.

Məlumata əsasən, iddia 2019-cu ildə qaldırılıb. İttiham tərəfi iddia edirdi ki, “Google” şirkəti sonradan “korporativ məqsədlər üçün istifadə edilən” məlumatları toplamaq üçün Android cihazı sahiblərinin mobil internet trafikini qanunsuz olara istifadə edib.

“Google” israr edir ki, məlumatların toplanması istifadəçi müqaviləsinə uyğun həyata keçirilib. Korporasiya münsiflər heyətinin hökmündən apellyasiya şikayəti verməyi planlaşdırır.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
50
azpost.info

10Sources