
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.
Yeniavaz.com xəbər verir ki, bunu mətbuat konfransında Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov açıqlayıb.
O deyib ki, 100-ə yaxın ekspertiza təyin edilib və hazırda təhqiqatlar davam etdirilir.
“Azərbaycandan olan ekspertlər bu yaxınlarda Qazaxıstana ezam olunublar, geniş müzakirələr aparılıb. Ekspertizanın nəticələrinin əldə olunması istiqamətində səylər davam etdirilir”.
N. Əvəzov yaxın zamanda ekspertizanın nətocələrinin açıqlana biləcəyini deyib.