EN

Tramp: İsrail Qəzza zolağında 60 günlük atəşkəslə razılaşıb

ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəslə razılaşdığını açıqlayıb. Vətəninfo.az xəbər verir ki, o, bu barədə Truth sosial platformasında yazıb.

Təklif olunan razılaşmaya əsasən, Trampın sözlərinə görə, müharibənin dayandırılması üçün bütün tərəflərlə iş aparılacaq.

ABŞ prezidenti yazıb: “Sülhə nail olmaq üçün çox çalışmış qətərlilər, misirlilər son təklifi verəcəklər. Ümid edirəm ki, Yaxın Şərqin rifahı naminə Həmas razılaşmanı qəbul edəcək, çünki heç bir şey düzəlməyəcək, hər şey daha da pisləşəcək”.

BBC xəbər verir ki, İsrailin BMT-dəki səfiri Denni Danon İsrailin atəşkəsə tam hazır olduğunu bildirib, lakin HƏMAS-ın təklif olunan razılaşmanın şərtlərini qəbul edib-etməyəcəyi hələlik bəlli deyil.

Donald Tramp gələn həftə Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edəcək. Tramp Netanyahunun Qəzzada müharibəni bitirmək istədiyinə inandığını bildirib.

Chosen
12
50
veteninfo.az

10Sources