EN

"Sabah"ın rəqibləri bu gün bəlli olacaq - ÇL

Bu gün basketbol üzrə Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılacaq.

"Football-plus.az" xəbər verir ki, İsveçrənin Lozanna şəhərində baş tutacaq mərasimdə Azərbaycan çempionu “Sabah”ın da rəqibi bəlli olacaq.

Tədbir saat 14.00-da başlanacaq. Bakı təmsilçisi 3-cü səbətdə yer alıb.

1-ci səbət: AEK (Yunanıstan), “Alba” (Almaniya), “Dreamland” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Joventut” (İspaniya), “La Laquna” (İspaniya), “Ritas” (Litva), “Unikaxa” (İspaniya);

2-ci səbət: “Nimburk” (Çexiya), “Filu” (Belçika), “Hapoel Natanel” (İsrail), “İqokea” (Bosniya və Herseqovina), “Promiteas Vikos Kola” (Yunanıstan), “Benfika” (Portuqaliya), “Tofaş” (Türkiyə), “Riqa” (Latviya);

3-cü səbət: "Bney Herzliya" (İsrail), "Çolet" (Fransa), "Legiya" (Polşa), "Le mans Sarthe" (Fransa), "Mersin İdman Klubu" (Türkiyə), "Sabah" (Azərbaycan), "Szolnoki" (Macarıstan), "Vurzburq Baskets" (Almaniya);

4-cü səbət: “Karditsa” (Yunanıstan), “MLP Akademiks” (Almaniya), “Pallakanestro” (İtaliya), “Spartak Ofis Şuz” (Serbiya), “Trapani Şark” (İtaliya), təsnifat mərhələlərin üç qalibi.

Chosen
10
9
football-plus.az

10Sources