"İlkin araşdırma zamanı məlum olub ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində azərbaycanlılar saxlanılıb. Əməliyyat qurumunun əməkdaşları tərəfindən onlara ağır xəsarətlər yetirilib. Nəticədə Hüseyin Səfərov elə həmin gün Yekaterinburq şəhərində ölüb. Ziyəddin Səfərov isə həmin gün səhər saatlarında Rusiya hüquq mühafizə-orqanlarının avtomobilində ölüb".