AZ

“Qəfil rus ölümü sindromu”: Rusiyada 4 ildə 27 top-menecer dünyasını dəyişib

Son dörd il ərzində Rusiyanın “Qazprom”, “Lukoyl” və “Rusiya Dəmir Yolları” da daxil olmaqla bir çox iri şirkətinin ən azı 27 top-meneceri müxtəlif şəraitdə dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bunu "Lenta.ru" bildirib.

Qərb mediası belə hallar üçün “qəfil rus ölümü sindromu” ifadəsini işlədir. Hadisələrin əksəriyyəti 2022-ci ildə baş verib.

Xatırladaq ki, iyulun 4-də səhər saatlarında Rusiyanın “Transneft” enerji şirkətinin vitse-prezidenti Andrey Bədəlov Rublevskoye şossesindəki mənzilin pəncərələrinin altında ölü tapılıb. Onun 62 yaşı var idi.

Araşdırma aparılır, iş adamının ölümünün hansı şəraitdə baş verdiyi müəyyənləşdirilir. Ölümün ilkin səbəbi intihardır.

Seçilən
2
50
publika.az

10Mənbələr