EN

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Aleksey Kaşuk "Qarabağ"dan ayrılmağa razıdır.

Oxu.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Aleksey Kaşukun Azərbaycan çempionunu tərk etmək ehtimalı yaranıb.

Məlumatda qeyd olunub ki, 25 yaşlı futbolçu yeni mövsümdə əsas heyətə düşə bilməyəcəyindən ehtiyatlanır. Bu səbəbdən Ukraynanın gənclər millisinin sabiq üzvü başqa komandaya ya icarəyə, ya da birdəfəlik keçməyə razıdır.

Qeyd edək ki, "Qarabağ"a ötən mövsümün əvvəlində "Şaxtyor Donetsk"dən keçən Aleksey Kaşukun ağdamlılarla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Xatırladaq ki, "Qarabağ" daha öncə Marko Veşoviç və Patrik Andrade ilə yollarını ayırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
50
oxu.az

10Sources