PSJ-nin (Fransa) keçmiş baş məşqçisi Kristof Qaltye Səudiyyə Ərəbistanı klubu "Neom"la anlaşıb.
Rekord.az xəbər verir ki, bu barədə ərəb klubunun mətbuat xidməti məlumat yayıb.
58 yaşlı mütəxəssislə 2027-ci ilə qədər müqavilə imzalanıb.
Qaltye 2022/2023 mövsümündə Paris komandasını çalışdırıb.