EN

Türkiyədəki qiymətlər Gülbən Ərgəni şoka saldı - VİDEO

Müğənni Gülbən Ərgən Türkiyədəki qiymətlərdən gileylənib.

Milli.Az xəbər verir ki, mağazalardan birindən alış-veriş edən ifaçı adi çəkələklərin qiymətindən şoka düşüb.

Gülbənin əlinə götürdüyü ayaqqabılardan birinin qiyməti 44 min 450 lirə (təxminən 1 895 manat) və digəri isə 69 min 950 lirə (təxminən 2 984 manat) təşkil edib.

"Qiymətə 3 dəfə baxdım. Mən Yaponiyada yaşamağa qərar verdim. Bu nədir? Çəkələkdir də. Normal, altı düz. Əsəbilərim pozuldu" deyə, müğənni bildirib. (axşam.az)

Milli.Az

Chosen
9
1
milli.az

10Sources