EN

Süveyş körfəzində qazma platforması- Ölənlər var

BAKI, 2 iyul. TELEQRAF

Süveyş körfəzində qazma platformasının batması nəticəsində dörd nəfər ölüb, altı nəfər isə itkin düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Misirin “Al Masry Al Youm” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Qırmızı dəniz vilayətinin şimalında yerləşən Cebel-ez-Zeyt bölgəsində, qurğunu üç gəmi yedəkləyərkən baş verib. Ekipajın 21 üzvünün xilas edildiyi bildirilir.

Misirin OSOCO neft şirkəti ölkənin Neft və Mineral Ehtiyatlar Nazirliyinə bildirib ki, söhbət “Adam Marine 12” platformasından gedir.

Chosen
55
teleqraf.com

1Sources