EN

Azərbaycanda bu şirkətin 9,8 milyon manat vergi borcu yarandı

BAKI, 1 iyul. TELEQRAF

“Elta Development” Qapalı Səhmdar Cəmiyyətinin külli miqdarda vergi borcu yaranıb.

Teleqraf xəbər verir ki, şirkətin vergi borcu hazırda 9 813 845.14 manat təşkil edir.

“Elta Development” QSC 2020-ci ildə “ND Company” QSC adı ilə dövlət qeydiyyatından keçib. 2024-cü ildə şirkət “Elta Development” QSC olaraq fəaliyyət göstərib.

Nizamnamə kapitalı 2 000 manat olan QSC-nin qanuni təmsilçisi Cəlilov Əsədulla Həsən oğludur.

Onu da bildirək ki, “Elta Development” QSC Abşeron Su Meliorasiya Sistemlərinin İstismari İdarəsi ilə 60.000 manatlıq müqavilə bağlayıb. QSC bu məbləğ qarşılığında müxtəlif gücə malik elektrik mühərriklərinin əsaslı təmir edəcək. Müvafiq işlərin icrasına iyunun 25-dən başlanılıb, bu ilin sonuna qədər bitməyi planlaşdırılır.

Xatırladaq ki, sözügedən şirkət ötən il “ND Company” adı altında 26 444 442 manatlıq beş tenderin də qalibi olub.

Chosen
61
5
teleqraf.com

10Sources