EN

Cinayətkar dəstə barəsində təqdimat məhkəməyə daxil oldu

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət cinayətkar dəstənin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat məhkəməyə daxil olub.

Teleqraf xəbər verir ki, təqdimata Səbail Rayon Məhkəməsində baxılacaq.

Təqsirləndirilən şəxslərin hər biri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə yaxın saatlarda qərar açıqlayacaq.

Qeyd edək ki, İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən bu şəxslər Rusiya vətəndaşlarıdır.

Chosen
31
1
axar.az

6Sources