AZ

Cinayətkar dəstənin üzvləri məhkəməyə gətirildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət cinayətkar dəstənin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat məhkəməyə daxil olub.

Sitat.info xəbər verir ki, təqdimata Səbail Rayon Məhkəməsində baxılacaq.

Təqsirləndirilən şəxslərin hər biri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə yaxın saatlarda qərar açıqlayacaq.

***

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət cinayətkar dəstənin 8 üzvü məhkəməyə gətirilib.

Bir azdan Səbail Rayon Məhkəməsində onlar barədə təqdimata baxılacaq.

Qeyd edək ki, İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən bu şəxslər Rusiya vətəndaşlarıdır.

Seçilən
24
1
sitat.info

6Mənbələr