EN

Azərbaycan səfirinə Rusiya tərəfindən etiraz notası təqdim edilib

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə rusiyalı jurnalistlərin dərhal azadlığa buraxılması tələbi ilə verbal nota təqdim edib. Bu barədə Rusiya XİN məlumat yayıb.

Qurum bildirib ki, Bakının Rusiya hüquq-mühafizə orqanlarını səlahiyyət həddini aşmaqda ittiham etməyə cəhdləri Rusiyanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.

Xarici İşlər Nazirliyi əlavə edib ki, səfirə, həmçinin, Bakının Moskva ilə münasibətləri qəsdən pozmağa yönəlmiş addımları və qeyri-dost yanaşması ilə bağlı etiraz bildirilib.

Gülnar Nazimqızı

Chosen
24
50
anews.az

10Sources