AZ

Gəncədə 51 yaşlı qadın evində yıxılıb öldü

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Gəncə şəhərində qadın bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin keçmiş məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbədə baş verib. Qəsəbədə məskunlaşan Xocalı rayon sakini, 1974-cü il təvəllüdlü Nailə Bağırova yaşadığı evdə ehtiyatsızlıqdan yıxılıb.

Ağır kəllə-beyin travması ilə xəstəxanaya aparılan qadının həyatını xilas etmək mümkün olmayıb. N.Bağırova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
6
oxu.az

10Mənbələr