EN

"Araz-Naxçıvan"ın yer aldığı səbət müəyyənləşdi - ÇL

Futzal üzrə son ölkə çempionu "Araz-Naxçıvan"ın Çempionlar Liqasının 2025/26 mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimindən öncə yer aldığı səbət müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edəcək “Araz-Naxçıvan” 5-ci səbətdə yer alacaq. Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda mübarizəyə ilkin mərhələdən başlayacaq.

Komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcəklər. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Kosovo və Serbiya, Azərbaycan və Ermənistan, Belarus və Ukrayna təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.

Səbət 1: Ev sahibləri
"Buba Mara" (Bosniya və Herseqovina), qrupunda 1-ci
"Forka" (Şimali Makedoniya), qrupunda 2-ci
AEK (Yunanıstan), qrupunda 2-ci
"Boraş" AİK (İsveç), qrupunda 2-ci
"Ljuti" (Avstriya), qrupunda 2-ci
"Levski" (Bolqarıstan), qrupunda 3-cü
"Klik" (Moldova), qrupunda 3-cü
"Vllajniya" (Albaniya), qrupunda 3-cü

Səbət 2: qrupunda 4-cü (reytinq 48-55)
"Bolton" (İngiltərə)
"Murata" (San Marino)
"Kardiff" (Uels)
"Sparta" (Şimali İrlandiya)
"İsbyörninn" (İslandiya)
"Avropa" (Cəbəllütariq)
"Makkabi" (Netanya, İsrail)
"Vangölü" (Türkiyə)

Səbət 3: qrupunda 3-cü (reytinq 40-47)
"Tallin" (Estoniya)
CİU (Gürcüstan)
PYF (Şotlandiya)
"Syarmtrollan" (Norveç)
"Enkamp" (Andorra)

Səbət 4: qrupunda 2-ci (32-39)
AEL (Limassol, Cənubi Kipr)
"Blue Magic" (İrlandiya)
"Bayo" (Monteneqro)
"Veilimdorf" (Almaniya)

Səbət 5: qrupunda 1-ci (24-31)
"Vrhnika" (Sloveniya)
"Araz-Naxçıvan (Azərbaycan)
"Tigers" (Niderland)
"Yerevan" (Ermənistan)
"Viten" (Belarus)
"Veszprem" (Macarıstan)
"Hjorring" (Danimarka)

Qeyd edək ki, cari mövsümdə 52 federasiyanı təmsil edən 56 komanda mübarizə aparacaq.

Chosen
10
7
football-plus.az

10Sources