EN

Hünərin var qaç

ABŞ-ın Florida ştatının cənubunda açılacaq yeni immiqrasiya təcridxanası “Timsahlarla Alkatraz” adlanır. Trampın yeni addımı artıq reaksiyaların mərkəzindədir. Bu addım Trampın sərt immiqrasiya siyasətinin bir hissəsi kimi həyata keçirilir.

Yerli rəsmilər və Ağ Ev 5000 nəfərin yerləşə biləcəyi obyekti tamamilə təcrid olunmuş və çəkindirici kimi xarakterizə edir.

Təcridxana 77.000 hektar ərazidə tərk edilmiş hərbi hava limanında tikilib.

***

Mərkəzin müxalifət və media tərəfindən “Timsahlarla Alkatraz” adlandırılmasının səbəbi ərazinin coğrafi xüsusiyyətləri ilə bağlıdır.

Təcridxana ləqəbini alliqatorlar və pitonlarla dolu geniş subtropik bataqlıq olan Everqleyddə yerləşdiyi üçün alıb.

ABŞ-ın “ən təhlükəsiz” həbsxanası kimi tanınan San-Fransiskodakı Alkatraz həbsxanası filmlərin mövzusu olub.

Ağ Ev sözçüsü Kerolayn Levitt, bölgənin təcrid və təbii tələlərə diqqət çəkərək, “Orada tək bir yol var və yeganə çıxış yolu tək tərəfli uçuşdur. Əgər burada qeyri-qanuni yollarla qatillər, təcavüzkarlar və cinayətkarlar varsa, o zaman qaça bilməyəcəkləri bir yer istəyirsən”, – deyib. Levitt mərkəzin çəkindirici rol oynadığını bildirib.

***

Hökumət rəqəmlərinə görə, Tramp vəzifəyə gəldiyi zaman 39 min olan federal immiqrasiya nəzarətində olan insanların sayı 15 iyun tarixindən etibarən 56 minə yüksəlib və Vaşinqton administrasiyası daha çoxunu istəyir.

Plan həm humanitar, həm də ekoloji qrupların sərt tənqidinə səbəb olub. Parkın tərəfdarları 2000-dən çox flora və fauna növünə ev sahibliyi edən yaşayış mühitinə “son dərəcə təhlükəli və məsuliyyətsiz müdaxiləni” pisləyiblər.

Eyni zamanda, immiqrantları müdafiə edən qruplar bunu “terror strategiyası” və insan hüquqlarının pozulması adlandırıblar. Ötən həftə Los-Ancelesdəki iğtişaşlar Ağ Evin siyasətinin yaratdığı sosial gərginliyi zirvəyə çatdırdı.

***

Mərkəzin əməliyyat xərcləri ildə təxminən 450 milyon dollar qiymətləndirilir. Lakin rəsmilər iddia edirlər ki, ərazinin hasarlanması süni təhlükəsizlik strukturlarına ehtiyacı xeyli azaldır.

Florida Baş prokuroru Ceyms Atmeyer istehza ilə, “Ətraf mühitə çox sərmayə qoymağa ehtiyac yoxdur. Əgər qaçmağa çalışsalar, alliqatorlar və pitonlardan başqa heç nələri olmayacaq”, – deyib.

Chosen
22
50
vaxt.az

10Sources