EN

İtaliya 2026-2028-ci illər arasında təxminən 500 min insana iş vizası verəcək

İtaliya 2026-2028-ci illər arasında Avropa İttifaqının (Aİ) vətəndaşı olmayan təxminən 500 min insana iş vizası verəcəyini açıqlayıb. Hökumət əhalinin qocalması və işçi qüvvəsi çatışmazlığı səbəbindən viza kvotasını genişləndirir.

Editor.az xəbər verir ki, bazar ertəsi İtaliyada keçirilən kabinet iclasından sonra verilən açıqlamada bele deyilir. Ölkənin işçi çatışmazlığına həll yolu olaraq qanuni immiqrasiya kanallarını genişləndirəcəyi və AB xaricindəki təxminən 500.000 adama 2026-2028-ci illər arasında iş vizası veriləcəyi bildirilib.

2026-cı ildə ümumilikdə 164.850 nəfərə, 2028-ci ilə qədər isə ümumilikdə 479.550 nəfərə iş vizası verilməsi planlaşdırılır. İtaliyanın baş naziri Corciya Meloni koalisiyaya başçı olduqdan sonra hökumət 2023-2025-ci illər arasında 450.000-dən çox insana icazə verilməsi barədə qərar qəbul edib.

//Gülnarə Abasova, Editor.az

Chosen
4
4
editor.az

8Sources